Fevralın 12-də futbol üzrə Türkiyə Super Liqasının XXI turu çərçivəsində çempionluq uğrunda növbəti maraqlı oyun keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlinin ikinci sırasında yer alan “Qalatasaray” doğma meydanda “Antalyaspor”u qəbul edib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Qalatasaray” çempionatın lideri “Başakşehir”i bir xal qabaqlayaraq 44 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib.Fatih Terimin baş məşqçisi olduğu komandanın heyətində oyunun 14-cü və 20-ci dəqiqələrində Bafetimbi Qomis dubla imza atıb. 38-ci dəqiqədə Sofiane Fequli hesab arasındakı fərqi üçə çatdırıb – 3:0.Qeyd edək ki, ötən gün turun mərkəzi görüşündə çempionatda dördüncü sırada qərarlaşan “Fənərbaxça” komandası Super Liqanın lideri “Başakşehir”dən 2:0 hesabı ilə üstün olaraq üçüncü sıraya yüksəlib.Hazırda hesabında 44 xal olan “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. “Başakşehir” 43 xalla ikinci, “Fənərbaxça” 41 xalla üçüncü yeri tutur. “Beşiktaş” 40 xalla dördüncü, “Kayserispor” isə 35 xalla beşinci pillədədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…