Türkiyə Super Liqasının XXII turu çərçivəsində…

28 Fevral 2017 11:51

Xəbər 785 dəfə oxunub

Fevralın 27-də futbol üzrə Türkiyə Super Liqasının XXII turu çərçivəsində keçirilən İstanbul derbisində “Beşiktaş” komandası “Qalatasaray”ı 1:0 hesabı ilə məğlub edərək liderliyini möhkəmləndirib.Azərtac xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda yeganə qol matçın 47-ci dəqiqəsində vurulub. Qarşılaşmanın 47-ci dəqiqəsində “Beşiktaş”ın braziliyalı legioneri Taliskanın cərimə zərbəsindən vurduğu qol matçın taleyini həll edib.Bu qələbədən sonra xallarının sayını 50-yə çatdıran “Beşiktaş” komandası əzəli rəqibləri “Qalatasaray”ı 10, “Fənərbağça”nı isə 12 xal qabaqlayır. İkinci yerdəki “İstanbul Başakşəhər”in aktivində 46 xal var.xeber100.com