Türkiyə Superliqasında X turun mərkəzi görüşü keçiriləcək

28 Oktyabr 2024 13:33

Xəbər 219 dəfə oxunub

Bu gün Türkiyə Superliqasında X turun mərkəzi görüşü keçiriləcək. Prinsipial oyunda “Qalatasaray” “Beşiktaş”ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Ev sahibi 9 turdan sonra topladığı 25 xalla ilk pillədə qərarlaşıb. Rəqibindən bir matç az keçirən qonaqlar isə 20 xalla 4-cü sıradadır.xeber100.com