Noyabrın 8-də futbol üzrə Türkiyə Superliqasında XI turun ilk qarşılaşmasında “Fənərbağça” doğma meydanda “Kasımpaşa” klubunu qəbul edib.Azərtac xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda baş tutan görüş qarşılıqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 6-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Vedat Muruqi açıb. O, 11 metrlik cərimə zərbəsi ilə fərqlənib. Lakin qonaqlar 37-ci dəqiqədə Abdul Xəlilinin vurduğu qol sayəsində hesabı bərabərləşdiriblər. Matçın 44-cü dəqiqəsində “Kasımpaşa”nın qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini Vedat Muruqi bu dəfə də dəqiq yerinə yetirib.İkinci hissənin 56-cı dəqiqəsində “Kasımpaşa”nın müdafiəçisi Syam Ben Youssef yenidən hesaba tarazlıq gətirib. Cəmi 3 dəqiqə sonra isə Sərdar Əziz “Fənərbağça”nın qələbə qolunu vurub.Qeyd edək ki, “Kasımpaşa”nın müdafiəçisi Kərim Hafiz və “Fənərbağça” müdafiəçisi Maurisio İsla qırmızı vərəqə alaraq meydandan qovulublar.Bu oyundan sonra “Fənərbağça” turnir cədvəlində 20 xalla birinci pillədə qərarlaşıb.Turun digər oyunları noyabrın 9 və 10-da keçiriləcək.xeber100.com