Futbol üzrə Türkiyə Superliqasının üçüncü turunun növbəti oyununda “Başakşehir” komandası doğma meydanda “Akhisar” klubunu qəbul edib.Azərtac xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.Görüşün 9-cu dəqiqəsində meydan sahiblərinin heyətində Edin Viska hesabı açıb – 1:0. Bundan 19 dəqiqə sonra qonaq komandanın futbolçusu Elvis Manu hesabı bərabərləşdirib – 1:1.Fasilədən sonra da oyun İstanbul təmsilçisinin üstünlüyü şəraitində keçib. Matçın 70-ci dəqiqəsində Riad Bajiç komandasını hesabda irəli çıxarıb – 2:1. Oyuna əlavə edilmiş dəqiqələrdə isə Manuel Da Kosta hesab arasındakı fərqi artırıb – 3:1.Beləliklə, Abdulla Avcının baş məşqçisi olduğu komanda bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıraraq çempionatda üçüncü sıraya yüksəlib.Qeyd edək ki, bu tur çempionluq uğrunda mübarizə aparan komandalardan “Fənərbağça”, “Trabzonspor” və “Beşiktaş” rəqibləri ilə keçirdikləri oyunlarda məğlub olaraq vacib xallar itiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…