Türkiyə Superliqasının VI turunun son oyununda

1 Oktyabr 2019 09:58

Xəbər 485 dəfə oxunub

Sentyabrın 30-da futbol üzrə Türkiyə Superliqasının VI turunun son oyununda “Qaziantep” doğma meydanda “Göztəpə”ni qəbul edib.Azərtac xəbər verir ki, “Qaziantep” arenada baş tutan görüşdə hesabı 58-ci dəqiqədə meydan sahibləri açıb. “Qaziantep”in hücumçusu Guray Vural topu rəqib qapısından keçirib. Lakin qonaqların cavabı çox gecikməyib. Qarşılaşmanın 82-ci dəqiqəsində Berkan Əmirin dəqiq zərbəsi sayəsində “Göztəpə” məğlubiyyətdən xilas olub. Beləliklə “Qaziantep” və “Göztəpə” oyununda qalib müəyyənləşməyib.Turun son nəticələrinə görə Türkiyə çempionatında 6 oyundan sonra “Alanyaspor” 14 xalla vahid liderdir.xeber100.com