Oktyabr 20-də futbol üzrə Türkiyə Superliqasının VIII turu çərçivəsində keçirilən oyunlarda “Fənərbağça” səfərdə “Dənizlispor”un qonağı olub.Azərtac xəbər verir ki, görüş hər iki tərəfin hücumları ilə yadda qalıb. Görüşdə hesabı 39-cu dəqiqədə İstanbul klubunun yarımmüdafiəçisi Toqa Ciyərçi açıb. Birinci hissə elə bu hesabla bitib. İkinci hissənin 62-ci dəqiqəsində istanbullular yenidən hesabda irəli keçiblər. Vedat Muruqi komandasının ikinci qolunu vurub. Meydan sahibləri isə 73-cü dəqiqədə Oskar Estupinanın qolu sayəsində hesab arasındakı fərqi minimuma endirib. Bu oyunda vurulan son qol olub. Beləliklə “Fənərbağça” səfərdə 2:1 hesablı ilə “Dənizlispor”u məğlub edib.Günün digər qarşılaşmasında isə “Alanyaspor” doğma meydanda “Rizəspor”u qəbul edib. Görüş meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə bitib. “Kayserispor” və “Kasımpaşa” oyununda isə qalib müəyyənləşməyib 1:1.Bu oyundan sonra “Alanyaspor” çempionatda 17 xalla liderdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…