Türkiyə Superliqasının XIX turunda İstanbul derbisi keçirilib

26 Yanvar 2020 19:01

Xəbər 509 dəfə oxunub

Yanvarın 25-də Türkiyə Superliqasının XIX turunda İstanbul derbisi keçirilib.Azərtac xəbər verir ki, “Ülker” stadionunda keçirilən oyunda “Fənərbağça” “Başakşəhər”i qəbul edib və rəqibinə iki cavabsız qolla qalib gəlib – 2:0. Görüşdə qolları Maks Kruze (72) və Vedat Muriç (86) vurublar.Günün digər qarşılaşmalarında “Alanyaspor” səfərdə “Kasımpaşa”nı 2:1 hesabı ilə məğlub edib. “Kayserispor” – “Antalyaspor” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.Turun digər görüşləri yanvarın 26-27-də keçiriləcək.Hazırda turnir cədvəlində “Sivasspor” klubu 40 xalla vahid liderdir. “Fənərbağça” 37 xalla ikinci, “Başakşəhər” 36 xalla üçüncüdür.xeber100.com