Yanvarın 28-də futbol üzrə Türkiyə Superliqasının XIX turunda turnir cədvəlində birinci pillədə qərarlaşan “Başakşəhər” komandası doğma meydanda “Kasımpaşa” ilə qarşılaşıb.Azərtac xəbər verir ki, “Başakşəhər Fateh Terim” stadionunda baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda qalib meydan sahibləri olub.Qarşılaşmada hesabı 42-ci dəqiqədə “Başakşəhər”in hücumçusu Edin Visca hesabı açıb. Meydan sahibləri görüşün 84-cü dəqiqəsində hesabı 2-yə çatdırıblar. Oyun elə bu hesabla da bitib.Bu qalibiyyət sayəsində “Başakşəhər” xallarının sayını 41-ə çatdıraraq turnir cədvəlində öz mövqeyini möhkəmləndirib. “Kasımpaşa” isə 28 xalla 7-ci yerdə qərarlaşıb.Qeyd edək ki, bu gün oynanılan “Fənərbağça” – “Yeni Malatyaspor” matçında qalib İstanbul təmsilçisi olub – 3:2. Həmçinin “Ankaragücü” və “Alanyaspor” oyununda 0:2 hesab ilə qonaqlar qalib gəlib.Türkiyə çempionatında 41 xalla “Başakşəhər” komandası hazırda vahid liderdir. Hesabında 35 xalı olan “Qalatasaray” ikinci, 32 xala malik “Yeni Malatyaspor” isə üçüncü yerdədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…