Türkiyə Superliqasının XVI turunun son oyunlarında

24 Dekabr 2019 10:05

Xəbər 482 dəfə oxunub

Dekabrın 23-də Türkiyə Superliqasının XVI turunun son oyunlarında “Trabzonspor” səfərdə “Konyaspor”un qonağı olub.Azərtac xəbər verir ki, oyunda yeganə qolu trabzonluların hücumçusu Aleksander Sorlot vurub.Beləliklə, “Trabzonspor” səfərdə “Konyaspor” üzərində 0:1 hesabı ilə qələbə qazanıb.Günün digər oyununda isə “Alanyaspor” səfərdə “Dənizlispor”u 1:5 hesabı ilə darmadağın edib.Hazırda “Sivasspor” turnir cədvəlinə 34 xalla liderlik edir. “Başakşəhər” 30 xalla ikinci, “Trabzonspor” isə 29 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com