Türkiyə Superliqasının XVII turunda

28 Dekabr 2019 12:17

Xəbər 546 dəfə oxunub

Dekabrın 27-də Türkiyə Superliqasının XVII turunda “Beşiktaş” doğma meydanda “Gənclərbirliyi”ni qəbul edib.Azərtac xəbər verir ki, oyunun 12-ci dəqiqəsində qonaqların hücumçusu Nadir Ciftci qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub. Buna baxmayaraq “Gənclərbirliyi”nin hücumçusu Floyd Ayite 24-cü dəqiqədə hesabı açmağa müvəffəq olub. Lakin qonaq komanda 12 dəqiqə sonra meydanda 9 nəfərlə qalıb. Yasin Pəhlivan kobud oyununa görə meydandan qovulub.Birinci hissə “Gənclərbirliyi”nin minimal qələbəsi ilə başa çatıb. İkinci hissəyə fəal başlayan meydan sahibləri görüşün qalan dəqiqələrində 4 qol vurublar. İstanbul təmsilçisinin qollarını Damaqoy Vida (49), Georges-Kevin Nkoudou (60), Oğuzxan Ozyakub (74) və Atiba Hutçinson (90) vurub.Turun digər oyunları dekabrın 28-29 və 30-da keçiriləcək.Hazırda “Sivasspor” klubu 34 xalla vahid liderdir. “Başakşəhər” və “Beşiktaş” komandaları 30 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.xeber100.com