Türkiyə Superliqasının XX turunun ilk görüşündə

2 Fevral 2019 11:00

Xəbər 604 dəfə oxunub

Fevralın 1-də futbol üzrə Türkiyə Superliqasının XX turunun ilk görüşündə turnir cədvəlində 14-cü pillədə qərarlaşan İstanbulun “Fənərbağça” komandası doğma meydanda “Göztəpə” ilə qarşılaşıb.Azərtac xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda qalib meydan sahibləri olub. Qarşılaşmanın 7-ci dəqiqəsində “Fənərbağça”nın hücumçusu Andre Ayev hesabı açıb. Meydan sahibləri görüşün 73-cü dəqiqəsində yeni transfer olmuş Viktor Mozesin qolu ilə hesabı 2-yə çatdırıblar. Oyun elə bu hesabla da başa çatıb.Bu qalibiyyət sayəsində “Fənərbağça” xallarının sayını 23-ə çatdıraraq turnir cədvəlində 12-ci pilləyə qalxıb. “Göztəpə” isə 22 xalla geriləyərək 13-cü yerdə qərarlaşıb.Qeyd edək ki, turun digər oyunları fevralın 2, 3 və 4-ü keçiriləcək. Türkiyə Superliqasının XX turunun digər oyunları aşağıdakılardır:

“Yeni Malatyaspor” – “Kayserispor”,

“Kasımpaşa” – “Sivasspor”,

“Trabzonspor” – “Ankaragücü”,

“Alanyaspor” – “Qalatasaray”,

“Ərzurumspor” – “Rizespor”,

“Akhisar Bələdiyəspor” – “Başakşəhər”,

“Antalyaspor” – “Beşiktaş”,

“Bursaspor”-“Konyaspor”.xeber100.com