Türkiyə Superliqasının XX turunun sonuncu qarşılaşmasında

4 Fevral 2020 14:15

Xəbər 502 dəfə oxunub

Fevralın 3-də Türkiyə Superliqasının XX turunun sonuncu qarşılaşmasında “Dənizlispor” doğma meydanda “Göztəpə”ni qəbul edib.Azərtac xəbər verir ki, oyuna fəal başlayan qonaq komanda 9-cu dəqiqədə hesabı açıb. Sərdar Gürlər Sonər Aydoğdunun ötürməsini dəqiq tamamlayıb – 0:1. Lakin matçın 86-cı dəqiqəsində meydan sahiblərinin hücumçusu Oskar Estupinan komandasını məğlubiyyətdən xilas edib. Beləliklə, “Dənizlispor” – “Göztəpə” matçında qalib müəyyənləşməyib – 1:1.Türkiyə çempionatının XX turundan sonra turnir cədvəlinə 41 xalla “Sivasspor” klubu liderlik edir. Sonrakı yerlərdə “Başakşəhər” (39 xal), “Trabzonspor” (38 xal), “Alanyaspor” (38 xal), “Fənərbağça” (37 xal), “Qalatasaray” (36 xal), “Beşiktaş” (33 xal) və digər komandalar qərarlaşıblar.xeber100.com