Türkiyə Superliqasının XXIX turu çərçivəsində

22 Aprel 2019 13:15

Xəbər 517 dəfə oxunub

Aprelin 21-də futbol üzrə Türkiyə Superliqasının XXIX turu çərçivəsində “Başakşəhər” doğma meydanda “Rizəspor”u qəbul edib.Azərtac xəbər verir ki, “Fateh Terim” stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 62-ci dəqiqəsində “Rizəspor”un hücumçusu Vedat Muriqi hesabı açıb. İstanbul klubu isə 90-cı dəqiqədə Edin Viskanın onbirmetrlik cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirib. Beləliklə “Başakşəhər” və “Rizəspor” oyununda qalib müəyyənləşməyib. Hal-hazırda “Başakşəhər” turnir cədvəlinə 62 xalla liderlik edir.Günün digər oyununda isə “Alanyaspor” səfərdə “Fənərbağça”nı 1:0 hesabla məğlub edib. Oyunda yeganə qolu 57-ci dəqiqədə “Alanyaspor”un hücumçusu Efecan Karaca vurub.“Ankaragücü” ilə “Konyaspor” matçında isə qapılara qol vurulmayıb.Türkiyə Superliqasında XXIX turun son oyunu aprelin 22-də “Sivasspor” və “Beşiktaş” arasında keçiriləcək.xeber100.com