Martın 15-də futbol üzrə Türkiyə Superliqasının XXVI turunda İstanbul derbisi oynanılıb. Çempionatda üçüncü sıradakı “Qalatasaray” komandası əzəli rəqibi altıncı pillədəki “Beşiktaş”la qarşılaşıb.Azərtac xəbər verir ki, “Türk Telekom” stadionunda keçirilən matç meydan sahiblərinin aşkar üstünlüyü və hücumları şəraitində keçsə də, oyunda hesab açılmayıb – 0:0.Beləliklə, hər biri 53 xala malik olan “Trabzonspor” və “Başakşəhər”dən üç xal geridə və üçüncü sırada olan Fatih Terimin baş məşqçisi olduğu kollektiv çempionluğa iddialı rəqiblərinin bu gün heç-heçə edərək xal itirmələrindən istifadə edə bilməyib.Türkiyədə koronavirus pandemiyasına görə “Qalatasaray”-“Beşiktaş” matçı azarkeşsiz keçirilib.Xatırladaq ki, bu qarşılaşma iki komanda arasında oynanılan 347-ci derbi qarşılaşması olub. İndiyədək keçirilmiş 346 oyunda “Qalatasaray” 122, “Beşiktaş” 111 dəfə rəqibindən üstün olmuşdu, 113 matç isə heç-heçə başa çatmışdı.“Sarı-qırmızılı”lar “Beşiktaş” ilə Superliqada oynadığı son doqquz görüşdə iki qələbə qazanıb.Bu komandalar arasında cari mövsümdəki “Vodafon Park” stadionunda keçirilmiş derbidə ev sahibi “Beşiktaş” üç xala sahib olmuşdu – 1:0.Martın 16-da keçiriləcək oyunda “Sivasspor” komandası “Antalyaspor”ın qonağı olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…