Martın 17-də futbol üzrə Türkiyə Superliqasının XXVI turunun son oyunu keçirilib. İstanbulun “Qalatasaray” klubu səfərdə “Bursaspor”la qarşılaşıb.Azərtac xəbər verir ki, “Bursa Böyükşəhər” stadionunda baş tutan oyun gərgin hücumlarla yada qalıb. Görüşdə hesabı 16-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Diafra Sako açıb – 1:0. 42-ci dəqiqədə isə Henri Saivetin qolu sayəsində “Bursaspor” hesabdakı fərqi artırıb – 2:0. Lakin qonaqlar 45-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb. Badou Ndiaye vurduğu qolla hesabı minimuma endirib. Birinci hissə 2:1 hesabı ilə bitib.İkinci hissədə Mbaye Diaqne 56-cı dəqiqədə onbir metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirib. Sofiane Feqouli isə İstanbul təmsiçisinin qələbə qolunu vurub. Beləliklə qarşılaşma 2:3 hesabı ilə “Qalatasaray”ın qələbəsi ilə bitib. Bu qələbədən sonra “Qalatasaray” 52 xalla 2-ci pillədə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…