Aprelin 7-də futbol üzrə Türkiyə Superliqasının XXVII turunun mərkəzi görüşündə “Başakşəhər” doğma meydanda “Konyaspor”u qəbul edib.Azərtac xəbər verir ki, “Fateh Terim” stadionunda baş tutan görüşün 50-ci dəqiqəsində “Başakşəhər”in hücumçusu Marsio Mossoro hesabı açıb. Meydan sahibləri 69-cu dəqiqədə qonaqları yenidən məyus ediblər. Edin Viska komandasının ikinci qolunu vurub – 2:0. Görüş elə bu hesabla başa çatıb.Günün digər qarşılaşmalarında “Fənərbağça” səfərdə “Ankaragücü”nün qonağı olub. Gərgin keçən oyunda tərəflər hərəsi bir qol vurmaqla heç-heçəyə razılaşıb – 1:1. “Kasımpaşa” öz meydanında “Ərzurumspor”u 2:1, “Akhisar Bələdiyəspor” isə səfərdə “Göztəpə”ni 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.Bu oyunlardan sonra “Başakşəhər” 61 xalla turnir cədvəlində liderliyini qoruyub saxlayır. “Fənərbağça” 32 xalla 13-cü pillədədir.Türkiyə Superliqasında XXVII turun son oyunu aprelin 8-də “Rizəspor” ilə “Beşiktaş” arasında keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…