Aprelin 8-də futbol üzrə Türkiyə Superliqasının XXVII turunun son oyununda “Beşiktaş” səfərdə “Rizəspor”un qonağı olub.Azərtac xəbər verir ki, “Caykur Didi” stadionunda baş tutan görüşün 8-ci dəqiqəsində “Beşiktaş”ın müdafiəçisi Domaqoy Vida hesabı açıb. Qonaqlar yenidən 14-cü dəqiqədə Adem Lyayiçin vurduğu qol sayəsində fərqi ikiyə çatdırıblar. Meydan sahibləri 42-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıblar. Vedat Muriqi qüvvətli zərbə ilə topu qapıdan keçirə bilib. Lakin Burak Yılmaz 64-cü dəqiqədə vurduğu qolla yenidən meydan sahiblərini oyuna mərkəzdən başlamağa məcbur edib. Meydan sahibləri Məhəmməd Aberhoun 70-ci dəqiqədə vurduğu qolla yenidən hesab arasındakı fərqi minimuma endiriblər. Lakin qonaqlar bir dəqiqə sonra Güvən Yalçının vurduğu qol sayəsində yenidən hesab arasındakı fərqi ikiyə çatdırıblar.Adem Lyayiç 78-ci dəqiqədə özünün ikinci komandasının beşinci qolunu vurub. Güvən Yalçın isə 82-ci və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində öz het-trikini rəsmiləşdirib. Beləliklə, “Beşiktaş” səfərdə “Rizəspor”u 7:2 hesabla darmadağın edib.Bu oyunlardan sonra “Beşiktaş” 50 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…