Aprelin 28-də futbol üzrə Türkiyə Superliqasının XXX turu çərçivəsində keçirilən görüşdə İstanbulun “Beşiktaş” klubu doğma meydanda “Ankaragücü” komandasını qəbul edib.Azərtac xəbər verir ki, “Vodafon Park” arenada keçirilən oyun qarşılıqlı hücumlarla yada qalıb. Görüşdə hesabı 8-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Burak Yılmaz açıb. Birinci hissə elə bu hesabla başa çatıb: 1:0.İkinci hissənin 54-cü dəqiqəsində meydan sahibləri qonaqları yenidən mərkəzə dəvət edib. Damaqoy Vida komandasının ikinci qolunu vurub. Burak Yılmaz 63-cü dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab 3:0 edib. Qonaqların hücumçusu Hadi Saçko 79-cu dəqiqədə 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesab arasındakı fərqi azaldıb. Lakin meydan sahibləri 81-ci dəqiqədə Adəm Lyayiçin vurduğu qolla yenidən hesab arasındakı fərqi artırıblar. Görüş 4:1 hesabı ilə İstanbul klubunun xeyrinə başa çatıb.Beləliklə, “Beşiktaş” bu oyundan sonra 59 xalla 3-cü pillədə qərarlaşıb. “Ankaragücü” isə 36 xalla 13-cü olub.Turun digər oyununda “Kayserispor” və “Alanyaspor” qarşılaşmasında isə tərəflər hər biri bir qol vuraraq heç-heçə ediblər. “Bursaspor” və “Akhisar Bələdiyyəspor” görüşündə qapılara qol vurulmayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…