Türkiyə Superliqasının XXXIII turu çərçivəsində

22 May 2019 15:08

Xəbər 605 dəfə oxunub

“Fənərbağça” futbol klubu Türkiyə Superliqasının XXXIII turu çərçivəsində “Ərzurumspor”un qonağı olub.Trend-in məlumatına görə, “Kazım Qarabəkir” stadionunda keçirilən “Ərzurumspor” – “Fənərbağça” matçı qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.Oyunda yeganə qolu 59-cu dəqiqədə penalti zərbəsindən Viktor Mozes vurub.Qeyd edək ki, Türkiyə superliqasında “Qalatasaray” klubu artıq çempionluğunu rəsmiləşdirib. “Fənərbağça” komandası 43 xalla 8-ci, “Ərzurumspor” isə 32 xalla 17-cü pillədə – autsayderlər sırasında qərarlaşıb.xeber100.com