Türkiyə Voleybol Federasiyasının məlumatına görə…

13 May 2020 09:49

Xəbər 580 dəfə oxunub

Yarımçıq dayandırılan qadın və kişi voleybolçulardan ibarət Türkiyə çempionatlarının oyunları bərpa edilməyəcək.Azərtac xəbər verir ki, pandemiyaya görə mövsümü davam etdirməyin mümkün olmadığını bildirən Türkiyə Voleybol Federasiyasının (TVF) prezidenti Mehmet Akif Üstündağ çempionatların qaliblərinin də müəyyənləşmədiyini vurğulayıb.“Sonuncu pillələri tutan komandalar liqanı tərk etməyəcək. Birinci Liqanın final mərhələsində yer alan 4 komanda əsas liqaya vəsiqə qazanacaq. Növbəti mövsüm ölkə çempionatlarında 16 komanda birincilik uğrunda mübarizə aparacaq”, – deyə TVF rəsmisi əlavə edib.xeber100.com