Oktyabrın 27-də İstanbulda Türkiyə, Almaniya, Fransa və Rusiya prezidentlərinin Suriya böhranı üzrə sammiti keçiriləcək.Anadolu informasiya agentliyi xəbər verir ki, bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 27-də İstanbul şəhərində Rusiya lideri Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə Suriya böhranını müzakirə etmək üçün sammit keçirəcək”, – deyə o bildirib.İbrahim Kalının sözlərinə görə, sammitdə böhranın nizamlanması, İdlib sazişinin reallaşdırılması və bölgədəki siyasi proseslərin müzakirəsi ilə yanaşı, Suriya münaqişəsinin digər aspektləri üzrə tərəflərin birgə fəaliyyətinin razılaşdırılması planlaşdırılır. Ortaq səylər münaqişənin uzunmüddətli həlli variantlarının axtarışına yönəlməlidir.Qeyd edək ki, sentyabrın ortalarında dördtərəfli sammitə hazırlıq məqsədilə İstanbulda Türkiyə, Almaniya, Fransa və Rusiya liderlərinin beynəlxalq məsələlər üzrə köməkçilərinin görüşü keçirilmişdi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…