Türkiyənin “Beşiktaş” klubu növbəti transferini gerçəkləşdirib

9 Fevral 2023 12:58

Xəbər 335 dəfə oxunub

Türkiyənin “Beşiktaş” klubu növbəti transferini gerçəkləşdirib. Klubun saytı xəbər verir ki, komanda Onur Bulutu heyətinə qatıb. İyirmi səkkiz yaşlı müdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb. O.Bulut bir müddət əvvəl “Kayserispor” klubu ilə müqaviləsini ləğv etmişdi. Qeyd edək ki, “Beşiktaş” bundan əvvəl “Əl-Nəsr”dən Vensan Abubakarı heyətinə qatmışdı.xeber100.com