Azərbaycan 2020-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ən azı 4 milyon ton Türkmənistan neftinin nəql olunacağına ümid edir.Trend-in məlumatına görə, bunu “S&P Global Platts”a müsahibəsində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.E.Nəsirov bildirib: “Ötən il təqribən 4,2 milyon ton türkmən nefti nəql etmişik. Cari ildə bu göstəricinin aşağı olacağını gözləyirik, lakin 2020-ci ildə ən azı 4 milyon ton olacaq”.Şirkətin vitse-prezidenti vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiyanın digər ölkələri ilə də, xüsusilə nəql etmə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir:”Bu yaxınlarda Qazaxıstanın “KazMunayQaz” şirkət ilə anlaşma memorandumu imzalamışıq. Ortamüddətli perspektivdə əməkdaşlığa Bakı-Tbilisi-Ceyhan üzrə Qazaxıstan neftinin tədarükünün yenilənməsi də daxil ola bilər”.Qeyd edək ki, SOCAR Türkmənistan neftini Xəzər dənizi vasitəsilə tankerlərdə, daha sonra Bakı-Tbilisi-Ceyhan kəməri ilə tədarük edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…