Türkmənistan və Əfqanıstan regional tranzit layihəsinin Azərbaycan vasitəsilə həyata keçirilməsində maraqlıdırlar.Milli.az bildirir ki, bu barədə Türkmənistan və Əfqanıstan prezidentlərinin birgə bəyanatında deyilir.Sənəd Aşqabadda Qurbanqulu Berdıməhəmmədov və Əşrəf Qani arasında baş tutan danışıqların yekunları üzrə imzalanıb.Bəyanatda qeyd edilir: “Ölkə liderləri 2017-ci il 15 noyabr tarixli Əfqanıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Türkmənistan arasında tranzit və nəqliyyat əməkdaşlığı haqqında beş tərəfli Razılaşmanın həyata keçirilməsinin başlanğıcını məmnuniyyətlə qeyd ediblər”.Tərəflər həmçinin 2019-cu ilin may ayında Aşqabadda Razılaşmanın iştirakçı ölkələrinin nəqliyyat nazirlərinin və gömrük xidmətlərinin rəhbərlərinin görüşünün keçirilməsi təklifini dəstəkləyiblər.Qeyd edək ki, “Lapis-Lazilu” layihəsinə əsasən, dəmir yolları və avtomobil yolları Turqundi şəhərini Aşqabadla və sonra Xəzər dənizinin sahilində yerləşən Türkmənbaşı limanı ilə birləşdirəcək. Dəhliz Bakıya qədər davam edəcək, daha sonra Tbilisi, Ankara və İstanbuladək uzanacaq. Gürcüstanda isə bu dəhlizin daha bir qolu Poti və Batumiyə uzanacaq.Tranzit logistikasını və gömrük prosedurlarını asanlaşdırmaq məqsədi daşıyan layihənin büdcəsi 2 milyard dollar dəyərində qiymətləndirilir. Böyük miqyaslı layihə regionun iqtisadi inteqrasiyasını və ticarət həcmini artırmaq üçün nəzərdə tutulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…