Çinin “Tyanqun-2” kosmik laboratoriyası iyulun 19-da orbiti tərk edib. Jenmin Jibao qəzeti xəbər verir ki, bu barədə məlumatı Çin Xalq Respublikasının Pilotlu Uçuşlar Proqramı yayıb.Məlumatda deyilir ki, kosmik aparat atmosferin qalın qatlarında yanacaq və onun ayrı-ayrı parçaları Sakit okeanın cənub hissəsinə düşəcək.Çəkisi 8,6 ton olan “Tyanqun-2” kosmik laboratoriyası 2016-cı il sentyabrın 15-də Yer kürəsinin ətrafındakı kosmik məkana göndərilib. Onun uzunluğu 10,4 metr, diametri isə 3,35 metrdir. “Tyanqun-2” kosmosda elmi-texniki sınaqlar həyata keçirib və iki illik istifadə müddəti başa çatıb.Çinin bundan əvvəl kosmosa göndərdiyi 8 tonluq “Tyanqun-1” kosmik laboratoriyası isə ötən ilin yazında öz missiyasını başa çatdırıb və atmosferin qalın qatlarında yandıqdan sonra onun parçaları həmin il aprelin 2-də Yerə düşüb.xebr100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…