AFFA-nın təşkil etdiyi futbol üzrə U-13 Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub.Azərtac xəbər verir ki, Binə stadionunda keçirilən final oyununda “Neftçi” və “Qəbələ” komandaları qarşılaşıblar. Rəqibinə 2:0 hesabı ilə qalib gələn “Qəbələ” U-13 Liqasının qalibi olub. Üçüncü yeri isə “Səbail” komandası tutub.Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, baş katibin müavini Sərxan Hacıyev təqdim ediblər.“Füzuli” komandasının üzvü Azər Tağıyev liqanın bombardiri olub. Liqanın ən yaxşı oyunçusu “Qəbələ” komandasında çıxış edən Eşqin Əhmədov, ən yaxşı qapıçısı Məmməd Muradov (“Qəbələ”) seçilib. “Fair play” mükafatına isə “Neftçi” komandasının futbolçusu Ramiz Muradov layiq görülüb.Final oyununu idarə edən hakimlərə diplomlar təqdim edilib.İlk üç yeri tutan komandalar müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif ediliblər.Sonda “Qəbələ” komandasına kubok təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…