Binə stadionunda keçirilmiş final oyunu ilə AFFA-nın U-14 Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub.Azərtac xəbər verir ki, mövsümün son oyununda “Mançester Yunayted” və “Keşlə” komandaları üz-üzə gəliblər. Rəqibini 4:2 hesabı ilə məğlub edən “Mançester Yunayted” liqanın qalibi olub. Üçüncü yeri isə “Qarabağ” komandası tutub.Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov təqdim ediblər.“Kəpəz” komandasının üzvü Nahid Tanrıverdiyev 58 qolla liqanın ən məhsuldar futbolçusu olub. Tərxan Mehmanlı (“Qarabağ”) turnirin ən yaxşı qapıçısı, Nicat Quliyev isə (“Mançester Yunayted”) ən yaxşı oyunçusu seçilib.“Qarabağ”, “Keşlə” və “Mançester Yunayted” komandalarına müvafiq olaraq bürünc, gümüş və qızıl medallar, qalib komandaya kubok təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…