U-16 komandası “İnter” klubu ilə qarşılaşıb

22 Aprel 2017 14:00

Xəbər 801 dəfə oxunub

“Qəbələ” futbol klubunun U-16 komandası Tbilisidə keçirilən Vitali Dareseliya turnirində mübarizəyə start verib.Azərtac xəbər verir ki, “Qəbələ” “A” qrupunda İtaliyanın “İnter” komandası ilə gücünü sınayıb. Matç İtaliya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qolunu Məhəmməd Məhərrəmov vurub.Baş məşqçi Şəhruz Mustafayevin komandası ikinci oyununda meydan sahibi Tbilisinin “Dinamo” klubu ilə qarşılaşacaq. “Qəbələ”nin qrupdakı digər rəqibi Belçika “Gent”i olacaq.xeber100.com