Hindistanda keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatı İngiltərə millisinin qələbəsi ilə başa çatıb.Azərtac xəbər verir ki, finalda İspaniya yığmasını 5:2 hesabı ilə məğlub edən ingiltərəli gənc futbolçular dünya çempionu olublar. Bu, 17 yaşadək futbolçulardan ibarət İngiltərə millisinin ilk dünya çempionluğudur.Çempion komandaya kuboku FIFA prezidenti Cianni İnfantino təqdim edib.Üçüncü yer uğrunda görüşdə isə Braziliya millisi Malidən üstün olub – 2:0.Ümumiyyətlə, 24 milli komandanın qatıldığı çempionatda 22 gün ərzində 52 qarşılaşma oynanılıb.Bu qələbə sayəsində İngiltərənin 17 yaşadək futbolçuları bu ilin mayında Xorvatiyada keçirilən Avropa çempionatının finalında İspaniyaya məğlubiyyətin əvəzini çıxıblar. Həmin görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatsa da, 11 metrlik cərimə zərbələri seriyasında Pireney təmsilçisi qalib gəlmişdi – 4:1.Xatırladaq ki, İngiltərənin U-20 futbolçuları bu ilin iyununda Koreya Respublikasında keçirilən dünya çempionatında da kuboka sahib olublar. Finalda Venesuela yığmasını minimal hesabla məğlub edən ingilislər U-20 kateqoriyasında ilk dünya çempionluqlarını rəsmiləşdirmişdilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…