U-17 Liqasında 2023/2024 mövsümünün püşkü atılıb

16 Avqust 2023 13:18

Xəbər 359 dəfə oxunub

AFFA Gənclər Liqası və U-17 Liqasında 2023/2024 mövsümünün püşkü atılıb.

AFFA-nın rəsmi saytı xəbər verir ki, püşkatma mərasimində milli assosiasiyanın baş katibinin müavini Kamran Vəliyev, qurumun Texniki Direktoru Cahangir Həsənzadə, Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə və klub nümayəndələri iştirak ediblər.

Gənclər Liqasında 11 komanda mübarizə aparacaq və mövsüm üç dövrədən ibarət olacaq. Hər turda bir komanda istirahət edəcək.

I turun təqvimi

19-20 avqust

“Səbail” PFK – “Neftçi” PFK

“Qarabağ” FK – “Zirə” PFK

“Sabah” FK – İCBFA

“Araz-Naxçıvan” PFK – “Qəbələ” İK

“Kəpəz” PFK – “Turan Tovuz” PFK

“Sumqayıt” bu tur istirahət edəcək.

14 komandanın mübarizə aparacağı AFFA U-17 Liqası üç dövrədən ibarət olacaq. Birinci turun oyunları 26-27 avqustda keçiriləcək.

I turun təqvimi

26-27 avqust

“Sumqayıt” FK – EFA

“Zirə” PFK – “Turan Tovuz” PFK

“Neftçi” İK İB – İCBFA

“Sabah” FK – “Universal” FA

“Səbail” PFK – “Qarabağ” FK

“Neftçi” PFK – “Kəpəz” PFK

“Qəbələ” İK – “Araz-Naxçıvan” PFKxeber100.com