U-17 millisi Ukrayna yığması ilə qarşılaşacaq

2 Mart 2018 13:20

Xəbər 911 dəfə oxunub

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının martın 3-dən 9-dək Bakıda təlim-məşq toplanışı olacaq.Azərtac AFFA-ya istinadla xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.Komandalar martın 6-da “Dalğa Arena”da, martın 8-də isə Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşacaqlar.xeber100.com