U-20 Yunanıstan və Makedoniya yığmaları ilə qarşılaşacaq

3 Aprel 2018 11:26

Xəbər 736 dəfə oxunub

İyirmi yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının may ayı üçün hazırlıq proqramı müəyyənləşib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, mayın 16-da Bakıda Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq görüşü keçirəcək millimiz ayın sonunadək daha iki qarşılaşmada qüvvəsini sınayacaq. U-20 mayın 24-də və 27-də Bakıda Makedoniyanın U-21 yığması ilə qarşılaşacaq.Oyunların keçiriləcəyi stadion və başlama saatı hələ dəqiqləşməyib.xeber100.com