Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, yarışın ikinci günündə 61, 70, 86 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparırlar.Mübarizəyə səkkizdəbir finaldan qoşulan Əli Rəhimzadə (61 kq) ilk görüşdə Almaniya pəhləvanı Niko Antonio Zarkone ilə qarşılaşacaq. Kənan Əliyev (86 kq) belaruslu Abdulla Ömərov, Hacımurad Ömərov (70 kq) isə gürcüstanlı Mirza Sxulukia ilə üz-üzə gələcək. Çempionatda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan Umar İsrailovun rəqibi isə Ukrayna güləşçisi Danilo Kartavi olacaq.Azərbaycan güləşçiləri yarışın birinci gününü bir qızıl və bir bürünc medalla başa vurublar. Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…