U-23 Avropa çempionatının üçüncü günündə…

30 Mart 2017 12:59

Xəbər 904 dəfə oxunub

Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatının üçüncü günündə – martın 30-da 48, 55, 60 və 69 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparırlar.Azərtac xəbər verir ki, mübarizəyə səkkizdəbir finaldan qoşulan Türkan Nəsirova (48 kq) ilk görüşdə Belarus təmsilçisi Kseniya Stankeviç ilə qarşılaşacaq. Solmaz Həşimzadə (55 kq) belaruslu İrina Kuraçkina, Elis Manolova (69 kq) isə italiyalı Dalma Caneva ilə üz-üzə gələcək. Çempionatda 60 kiloqram çəki dərəcəsində çıxış edən Tatyana Omelçenkonun dörddəbir final mərhələsində rəqibi Ukrayna güləşçisi Oksana Herhel olacaq.Turnirin ilk iki günündə sərbəst güləşçilərimiz 2 qızıl və 3 bürünc medal qazanıblar.xeber100.com