ABŞ-ın “Uber Technologies Inc” taksi sifarişi üzrə servis xidməti 2020-ci ilə qədər pilotlu uçan taksiləri istifadəyə verməyə hazırlaşır. Bunu kompaniyanın baş icraçı direktoru Ceff Holden bildirib.Azərtac xəbər verir ki, uçan taksi ilk vaxtlar Dallas rayonunda və Dubayın “Expo 2020” sərgisində sərnişinlərə xidmət göstərəcək. Gediş qiyməti “UberX” tarifinə uyğun – 1 mil məsafə üçün 1,32 dollar olacaq.Kompaniya artıq bir neçə aviasiya istehsalçısı, o cümlədən vertikal uçuş texnologiyası əsasında avtomobillər hazırlayan “Aurora Flight Services” və “Pipistrel Aircraft” şirkətləri ilə əməkdaşlıq edir. Bundan başqa, eniş meydançaları düzəltmək üçün hər iki şəhərdə mülk sahibləri ilə razılıq əldə olunub.“”Uber” yeni sistem barədə hələ keçən ilin oktyabrında məlumat vermişdi. Helikopter kimi vertikal şəkildə havaya qalxan və enən uçan avtomobillər elektrik mühərriki sayəsində minimal səslə hərəkət edəcək və atmosferə zərərli qazlar atmayacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…