Səudiyyə Ərəbistanı krallığın aktivlərini birləşdirərək dünyada ən iri investisiya fondu yaradır.
ANS PRESS-in məlumatına görə, fondun investisiya həcminin 2 trilyon dollar təşkil edəcəyi bildirilir. Bu barədə “Bloomberg”ə Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səudun oğlu Şahzadə Məhəmməd bin Salman bildirib. “Sovereign Fund Institute”nin hesablamalarına görə, hazırda “Public Investment Fund”un aktivlərinin qiyməti 5.3 milyard dollar təşkil edir.
Şahzadə Məhəmməd PIF (“Public Investment Fund”) fondunun dünyanın ən böyük suveren investisiya fondu olacağına şübhəsiz inandığını bildirib.
Şahzadənin sözlərinə görə, hazırda PIF Səudiyyə Ərəbistanı Mərkəzi Bankında və eyni zamanda dünyada etilenqlikol istehsalı üzrə ikinci hesab edilən “Saudi Arabia Basic Industries Corporation” şirkətində pay sahibidir. Şahzadə Salman onu da vurğulayıb ki, fondun aktivləri o zaman artmağa başlayacaq ki, Saudi Aramco neft şirkətinin səhmləri İctimai Təşəbbüs Təşkilatına keçirilsin və aktivlər fonda təhvil verilsin.
2018-ci ildən gec olamamaq şərti ilə şirkətin 5%-i satışa çıxarılacaq. Saudi Aramco dünyanın ən böyük neft ehtiyyatlarına malik olan şirkətidir. Onun neft ehtiyatlarının həcmi təxminən 260 milyard barrel olduğu bildirilir. “Bloomberg”in hesablamalarına görə, əgər neftin qiyməti barreli 10 dollara olsa belə şirkətin bazar dəyəri 2.5 trilyon dollar təşkil edəcək.
“Saudi Aramco”nun İctimai təşəbbüs Təşkilatına keçirilməsi və səhimlərinin PIF fonduna köçürülməsindən sonra Səudiyyə Ərəbistanı artıq neftdən deyil investisiyalardan gəlir əldə etməyə başlayacaq. Bin Salman bildirib ki, belə olan təqdirdə krallığın neftdən aslılığı 20 il ərzində tamamilə aradan qaldırılacaq.
“Bloomberg”dən bidlirilir ki, fondun toplayacağı vəsait o qədər böyük olacaq ki, hətta “Apple”, “Google” və “Berkshire Hathaway” satın almağa belə yetəcək. Hazırkı nəhəng suveren fond SAMA 632 milyard dollar aktivə malikdir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…