UEFA 2020-ci il üçün futbol klublarının sonuncu reytinq cədvəlini açıqlayıb

23 Dekabr 2020 12:09

Xəbər 654 dəfə oxunub

UEFA 2020-ci il üçün futbol klublarının sonuncu reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, son 5 mövsümün nəticələrinə əsasən hazırlanan reytinqdə təmsilçilərimizdən ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Reytinq cədvəlində 69-cu pillədə qərarlaşan Ağdam təmsilçisi Türkiyənin “Fənərbağça”, “Sivasspor”, İspaniyanın “Atletik”, Rusiyanın “Spartak” kimi klublarını geridə qoyub.Digər klublarımıza gəlincə, “Qəbələ” 217-ci , “Neftçi” 244-cü , “Sumqayıt” 301-ci, “Səbail” 302-ci, “Zirə” 303-cü , “Kəpəz” isə 304-cüdür.Qeyd edək ki, reytinq cədvəlinə “Bavariya” klubu başçılıq edir.xeber100.com