UEFA AÇ-2020-nin final mərhələsinin ümumi mükafat fondunu açıqlayıb. Milli.az xəbər verir ki, bu dəfəki məbləğ 371 milyon avro təşkil edəcək ki, bu da 2016-cı ildə Fransada keçirilən son turnirin mükafat fondu ilə (301 milyon avro) müqayisədə 23 faiz çoxdur.Final mərhələsində iştiraka görə 24 yığmanın hər biri minimum 9,25 milyon avro əldə edəcək. Qrupda qazanılan qələbəyə 1,5 milyon, heç-heçəyə 750 min avro veriləcək. 1/8 final mərhələsinə vəsiqə qazanacaq komandaların gəliri 2 milyon olacaq. 1/4 finalın iştirakçıları 3,25, yarımfinala çıxmaq hüququ əldə edənlər isə 5 milyon avro qazanacaqlar. Avropa çempionatının qalibinə 10 milyon, ikinci olan digər finalçıya isə 7 milyon avro veriləcək.Belədə turnirin qalibi olan yığma, qrup mərhələsində 3 qələbə qazanacağı təqdirdə, ümumilikdə 34 milyon avro gəlir götürəcək. AÇ-2016-da isə bu rəqəm 27 milyon avro idi.Qeyd edək ki, AÇ-2020-nin qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakıda keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…