UEFA “Avro-2020”nin finalında istifadə olunacaq topu təqdim edib

5 İyul 2021 13:39

Xəbər 409 dəfə oxunub

UEFA futbol üzrə “Avro-2020”nin finalında istifadə olunacaq topu təqdim edib.Azərtac UEFA-ya istinadla xəbər verir ki, Avropa çempionatının final oyunu iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.Turnirin ilk finalçısı iyulun 6-da keçiriləcək İtaliya-İspaniya oyunundan sonra müəyyənləşəcək. İkinci finalçı isə bir gün sonra keçiriləcək İngiltərə-Danimarka matçının qalibi olacaq.xeber100.com