2021/2022-ci il mövsümünün ən yaxşı qolu müəyyənləşib

24 May 2022 15:46

Xəbər 395 dəfə oxunub

UEFA Avropa Liqasında 2021/2022-ci il mövsümünün ən yaxşı qolu müəyyənləşib.Azarkeşlərin səsverməsinə əsasən, Türkiyənin “Fənərbağça” klubunun hücumçusu Mergim Berişanın Belçikada “Antverpen”i 3:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin dördüncü tur matçında qayçı zərbəsi ilə vurduğu qol ən yaxşı seçilib.Matçın 29-cu dəqiqəsində rəqib qapısına yol tapan 24 yaşlı almaniyalı forvard görüşdəki yekun hesabı müəyyənləşdirib.Qeyd edək ki, “Fənərbağça” Avropa Liqası ilə qrup mərhələsində vidalaşıb.xeber100.com