Mayın 3-də futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək. İspaniyanın “Atletiko” klubu İngiltərənin “Arsenal”, Avstriyanın “Zalsburq” klubu isə Fransanın “Marsel” komandasını qəbul edəcək.Azərtac xəbər verir ki, “Atletiko” və “Arsenal” komandalarının arasında ilk oyunda Londonda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Səfərdə 80 dəqiqə azlıqda oynamasına baxmayaraq, lazımi nəticəni qazanmağı bacaran Dieqo Simeonenin yetirmələri üstünlüyü əldən vermək istəmirlər. İspanlara hətta qolsuz bərabərlik də sərf edəcək. “Arsenal” səfərdə oynamasına baxmayaraq, hər hansı minimal hesablı qələbə Arsen Vengerın yetirmələrinə finala vəsiqə qazandıracaq. “Atletiko”nun heyətində ilk oyunda qırmızı kart alan Şime Vrsalko cəzalı olduğundan oyunu buraxmalı olacaq.Bakı vaxtı ilə saat 23:05-də başlayacaq oyunu italiyalı baş hakim Canluka Rokki idarə edəcək.Avropa Liqasında mövsümün sürprizi hesab olunan Avstriyanın “Zalsburq” klubu bu dəfə çətinliklə üzləşib. Fransada “Marsel”dən iki cavabsız qol buraxan avstriyalılar doğma meydanda ən azı 3 cavabsız qol vurmalıdır. Fransızlara isə hər hansı bir heç-heçə və minimal məğlubiyyət sərf edir.Bakı vaxtı ilə saat 23:05-də başlayacaq oyunu rusiyalı Sergey Korosyov idarə edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…