Bu gün futbol üzrə UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin cavab görüşləri keçiriləcək.Azərtac xəbər verir ki, cavab qarşılaşmalarından sonra yarımfinala vəsiqələrin sahibləri bəlli olacaq.Gecənin maraqlı oyunlarından biri İtaliyada baş tutacaq. Niderlandda “Ayaks”a 2:1 hesabı ilə qalib gələn “Roma” cavab qarşılaşmasında üstünlüyünü qorumağa çalışacaq.“Mançester Yunayted” İngiltərədə İspaniyanın “Qranada” komandasını sınağa çəkəcək. İlk görüşdə 2:0 hesablı qələbə qazanmış “Qırmızı şeytanlar” cütün taleyini demək olar ki, həll ediblər.“Qarabağ”la eyni qrupda mübarizə aparmış İspaniyanın “Vilyarreal” klubunun da yarımfinala adlamaq üçün yaxşı şansı var. Xorvatiyada “Dinamo Zaqreb” klubunu minimal hesabla məğlub edən La Liqa təmsilçisinə evdə heç-heçə də sərf edəcək.İngiltərənin “Arsenal” klubu isə Çexiyada “Slaviya Praqa” komandası ilə üz-üzə gələcək. Londondakı qarşılaşmada qələbəni son saniyələrdə əldən verən “Topçular” mərhələni keçmək üçün səfərdə ya qələbə qazanmalı, ya da ən azı bol qollu heç-heçə etməlidirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…