UEFA Avropa Liqasında final mərhələsinin daha beş oyunu keçiriləcək

10 Mart 2022 15:29

Xəbər 379 dəfə oxunub

Martın 10-da UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin daha beş oyunu keçiriləcək.Günün ilk matçında İspaniyanın “Sevilya” və İngiltərənin “Vest Hem Yunayted” komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Digər dörd görüş isə 00:00-da start götürəcək. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” komandası İspaniyada “Barselona”nın qonağı olacaq.Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si keçiriləcək. Rusiyanın “Spartak” klubu UEFA Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniyanın “Leyptsiq” komandası dörddəbir finala birbaşa vəsiqə qazanıb.İlk oyun günündə Fransanın “Lion” komandası Portuqaliyada “Portu”nu 1:0, Almaniyanın “Ayntraxt” klubu isə İspaniyada “Real Betis”i 2:1 hesabı ilə məğlub edib.

Günün digər görüşləri aşağıdakılardır:

“Sevilya” (İspaniya) – “Vest Hem Yunayted” (İngiltərə)

“Qlazqo Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya)

“Braqa” (Portuqaliya) – “Monako” (Fransa)

“Atalanta” (İtaliya) – “Bayer Leverkuzen” (Almaniya)

“Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə)

Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.xeber100.com