UEFA Avropa Liqasında ilk oyunlar keçirilib

14 Aprel 2017 11:24

Xəbər 769 dəfə oxunub

UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin ilk oyunları keçirilib.Azərtac xəbər verir ki, azərbaycanlı futbol azarkeşlərinin də böyük maraq göstərdiyi “Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa) qarşılaşması gərgin mübarizə şəraitində keçib. On beşinci dəqiqədə hesabı açan “Beşiktaş” son dəqiqələrdə müdafiə xəttinin və qapıçının səhvi ucbatından qələbəni əldən verib. Oyunun 83-cü dəqiqəsində hesabı bərabərləşdirən “Lion” 85-ci dəqiqədə önə keçib. Oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.Digər qarşılaşmalarda isə aşağıdakı nəticələr qeydə alınıb:

“Anderlext” (Belçika) – “Mançester Yunayted” (İngiltərə) 1:1;

“Ayaks” (Hollandiya) – “Şalke” (Almaniya) 2:0;

“Selta” (İspaniya) – “Genk” (Belçika) 3:2.

Cavab qarşılaşmaları aprelin 20-də keçiriləcək.xeber100.com