Fevralın 23-də UEFA Avropa Liqasında onaltıdabir final mərhələsinə yekun vurulub. İlkin olaraq “Yuventus”, “Sevilya”, “Bayer” və “Sportinq” rəqiblərindən üstün olaraq səkkizdəbir final mərhələsinə vəsiqə qazanıblar.
Cavab görüşlərində “Yuventus” səfərdə “Nant”ı 3:0 (ilk oyun 1:1), “Sportinq” “Müddelland”ı 4:0, “Bayer” isə “Monako”nu 3:2 (İlk oyun 2:3, penaltilərlə) hesabı ilə məğlubiyyətə uğradıblar. “Sevilya” isə səfərdə “PSV”yə 2:0 hesabı ilə uduzub. İlk oyunda öz meydanında rəqibinə 3:0 hesabı ilə qalib gəlmiş “Sevilya” növbəti mərhələyə yüksəlib.
Bu komandalardan əlavə, “Roma”, “Mançester Yunayted”, “Union” (Berlin) və “Şaxtyor” da Avropa Liqasında mübarizələrini davam etdirəcəklər.
Belə ki, “Mançester Yunayted” səfərdə heç-heçə (2:2) etdiyi “Barselona”nı öz meydanında 2:1 məğlub edərək adını səkkizdəbir finala yazdırıb. “Roma” isə səfərdə 0:1 hesabı ilə uduzduğu “Zaltsburq”dan üstün olub – 2:0. “Union” “Ayak”sı mübarizədən kənarlaşdırıb – 3:1. “Şaxtyor” öz meydanında rəqibini 2:1 hesabı ilə məğlub etsə də, səfərdə eyni hesabla uduzub. On bir metrlik zərbələrdə daha dəqiq olan “Şaxtaçılar” səkkizdəbir finala yüksəliblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…