Martın 12-də UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, Ukraynanın “Şaxtyor” klubu səfərdə Almaniyanın “Volfsburq” komandasının qonağı olub. Görüş Donetsk təmsilçisinin səfər qələbəsi ilə başa çatıb – 2:1. Bu görüşlərdə tərəflər hərəyə bir penaltidən yararlana bilməyiblər.Almaniyanın digər təmsilçisi “Bayer Leverkuzen” Şotlandiyada “Reyncers” üzərində inamlı qələbə qazanıb – 3:1. Bu matçda isə Leverkuzen komandası qollarından ikincisini penaltidən vurub.İngiltərənin “Vulverhempton” komandası isə Yunanıstanda “Olimpiakos”la heç-heçəyə nail olub – 1:1.Az əvvəl xəbər verdiyimiz kimi, Türkiyənin turnirdə yeganə təmsilçisi “Başakşehir” Danimarkanın “Kopenhagen” komandasını qəbul edib. İstanbul komandası Edin Vişçanın 88-ci dəqiqədə penaltidən vurduğu qolla qələbəyə nail olub – 1:0.Qeyd edək ki, “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) və “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) görüşləri təxirə salınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…