Bu gün futbol üzrə UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin püşkü atılıb.Azərtac xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə bu raundda üz-üzə gələcək cütlüklər bəlli olub.“Qarabağ”la A qrupunda mübarizə aparmış İspaniyanın “Vilyarreal” klubu səkkizdəbir finalda Ukraynanın “Dinamo Kiyev” komandasının rəqibi olub. Mərhələnin ən maraq doğuran oyunu isə İngiltərənin “Mançester Yunayted” və İtaliyanın “Milan” klubları arasında olacaq.Püşkatmaya görə cütlüklər aşağıdakı kimi olacaq:
“Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə)
“Dinamo” Kiyev (Ukrayna) – “Vilyarreal” (İspaniya)
“Roma” (İtaliya) – “Şaxtyor Donetsk” (Ukrayna)
“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)
“Dinamo Zaqreb” (Xorvatiya) – “Tottenhem” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya)
“Slaviya Praqa” (Çexiya) – “Reyncers” (Şotlandiya)
“Qranada” (İspaniya) – “Molde” (Norveç)
Səkkizdəbir finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55-də və 00:00-da start götürəcək.
Xatırladaq ki, UEFA Avropa Liqasının final matçı Polşanın “Leqiya” klubunun ev oyunlarını keçirdiyi Qdansk şəhərindəki “PGE Arena”da baş tutacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…