Mayın 24-də UEFA Avropa Liqasının 2016-2017-ci il mövsümünün final qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, Stokholmdakı “Friends Arena”da keçirilən oyunda “Ayaks” komandasına 2:0 hesabı ilə qalib gələn “Mançester Yunayted” klubu UEFA Avropa Liqasının çempionu olub.Matçın ilk hissəsində nisbətən üstün oyun nümayiş etdirən “qırmızı şeytanlar” 18-ci dəqiqədə hesabı açıblar. Mata, Raşford və Fellaninin gözəl kombinasiyasını mançesterlilərin dünyanın ən bahalı transfer müqaviləsi ilə heyətinə qatdıqları Pol Poqba dəqiq zərbə ilə tamamlayaraq adını tabloya yazdırıb – 1:0. İlk hissə bu hesabla başa çatıb.İkinci hissənin əvvəlində – 47-ci dəqiqədə “Mançester Yunayted” hesab arasındakı fərqi iki topa çatdırıb.Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb. Beləliklə, “Ayaks” komandasını 2:0 hesabı ilə məğlub edən Joze Mourinyonun yetirmələri UEFA Avropa Liqasının kubokunu başları üzərinə qaldırıblar.Qeyd edək ki, UEFA Çempionlar Liqasının final görüşü iyunun 3-də Uelsin paytaxtı Kardifdə oynanılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…