UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsində

4 Oktyabr 2019 11:12

Xəbər 629 dəfə oxunub

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsində “Qarabağ” klubunun rəqibi olan “Sevilya” ilə Kiprin APOEL komandası qarşılaşıb.Azərtac xəbər verir ki, görüş “Sevilya” klubunun minimal hesablı qələbəsi ilə başa çatıb (1:0). Oyunda yeganə qolun müəllifi Xavyer Hernandes olub.Bu “A” qrupunda “Sevilya”nin ikinci qələbəsdir. Altı xal toplayan ispanlar turnir cədvəlində birinci yerdədirlər. Aktivlərində üç xalı olan “Qarabağ” və “Düdelanj” ikinci və üçüncü yerləri bölüşürlər. Xalı olmayan APOEL isə dördüncü yerdə qərarlaşıb.xeber100.com